Menu

Ödəniş Qaydaları


Bu bölmə yer.cloud saytındakı xidmətlərin ödənişi ilə bağlı qaydaları müəyyənləşdirir.

Ödəmə Qaydası
Təklif etdiyimiz xidmətlərin ödənişi - Plastik kart, Bank köçürməsi (AZN/USD) və PayPal vasitəsilə reallaşdırılır.

Ödəniş etmək üçün yer.cloud saytında qeydiyyatdan keçərək, şərtləri qəbul edib istədiyiniz xidməti hesabınıza əlavə edin, bu zaman müvafiq məbləğdə ödəmə tapşırığı yaradılacaqdır.

Ödəniş tapşırıqında qeyd eidlən ödənişi reallaşdırın. Ödənişlər yer.cloud tərəfindən qəbul edildiyi andan etibarən ödəniş növündən (Bank köçürməsi, Plastik kart və s.) aslı olaraq dərhal aktivləşdirilir.

Geri qaytarma siyasəti

yer.cloud saytından onlayn ödəniş vasitəsilə alınan xidmətlər alınma günü nəzərə alınmamaq şərti ilə 14 təqvim günü ərzində digər xidmətlə dəyişdirilə və ya geri qaytarıla bilər. Bu, aşağıdakı şərtlər əsasında həyata keçirilir:

Qaytarılma və dəyişdirilmə şərtləri “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında tənzimlənir.

Ödənişin geri qaytarılması ilə bağlı tərəfimizdən istehlakçının müştərisi olduğu banka sorğu göndərilir. Ödəniş bank tərəfindən adətən 5 (beş) iş günü ərzində müştərinin kartına geri qaytarılır.

Dəyişdirilmə və Qaytarılma şərtləri ilə bağlı suallarınızı Əlaqə hissəsindən və ya müştəri xidmətləri portalından bizimlə əlaqə saxlayaraq bildirə bilərsiniz.